“Aston Villa”nın hücumçusu “Mançester Yunayted”ə keçə bilər

image-ollie-watkins-2-1backend

İngiltərənin “Aston Villa” klubunun hücumçusu Olli Uotkins bu yay Premyer Liqanın digər təmsilçisi “Mançester Yunayted”ə keçə bilər.

newsbaku.az-ın “Sky Sports”a istinadən məlumatına görə, tərəflər 29 yaşlı ingiltərəli futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. “Transfermarkt” oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, 2024/2025 mövsümündə O.Uotkins bütün turnirlərdə meydana çıxdığı 54 oyunda 17 qola, 14 məhsuldar ötürməyə imza atıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki