Cari ildə həyata keçirilən orqan transplantasiyası əməliyyatlarının nəticəsi açıqlanıb

image-izobrazhenie_2025-07-25_120023679backend

Cari ildə Azərbaycanda həyata keçirilən orqan transplantasiyası əməliyyatlarından 88-i uğurlu, 5 uğursuz olub.

Bu barədə newsbaku.az Report.az-a istinadən xəbər verir.

Qeyd edilib ki, bu il 93 orqan transplantasiyası əməliyyatı icra olunub. Onlardan 47-si böyrək, 30-u qaraciyər, 16-sı isə sümük iliyi transplantasiyasıdır.

Böyrək transplantasiyası əməliyyatlarından 46-sı uğurlu, 1-i uğursuz olub. Qaraciyər transplantasiyalarından isə 26 əməliyyat uğurla nəticələnib, 4-ü ilə bağlı nəticə isə uğursuz olub.

Sümük iliyi transplantasiyası üzrə həyata keçirilən bütün əməliyyatlar isə uğurla başa çatıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki