“Araz-Naxçıvan” Rahil Məmmədovu transfer edib

image-6cf52117-2fc1-3c24-bd35-5bdf41d99e24_850-1backend

Azərbaycan Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” Rahil Məmmədovu transfer edib.

newsbaku.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS (Lodz) və “Radomyak” klublarında çıxış edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki