Estoniya Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoydu

image-8b4bf311-f5e3-3c16-a5a1-cdf2618faaa8_850backend

Estoniya hökuməti Prezident Aleksandr Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının ölkəyə girişinə həmişəlik qadağa tətbiq etmək qərarına gəlib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə ERR dövlət televiziyası Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

Bununla bağlı təşəbbüsü Estoniya xarici işlər naziri Marqus Tsaxkna baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edib.

“Sanksiyaların tətbiqindən sonra təxminən beş il ərzində Belarusda heç bir müsbət dəyişiklik baş verməyib”, – deyə Marqus Tsaxkna bildirib.

Sanksiya siyahısına Lukaşenkodan başqa Belarusun yüksəkrütbəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da daxil edilib.

Xatırladaq ki, Tallin 2020-ci ildən Minskə qarşı sanksiyalar tətbiq edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki