Balakəndə ölümlə nəticələnən ağır qəzanın TƏFƏRRÜATI MƏLUM OLDU

image-accident2backend

Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir k, hadisə bu gün saat 12:00-da baş verib.

Belə ki, “Mercedes-Benz” markalı, 20-EU-635 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü, 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki