Suriyada silah-sursat anbarında partlayış: Ölənlər və yaralananlar var

image-1mw6428c2iao1g63afbxkhbkdpckikbdelceepzm_1200backend

Suriyanın İdlib əyalətində silah-sursat anbarında partlayış baş verib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ölənlər və yaralananlar var. Hadisə yerinə təcili yardım maşınları gedib.

Rəsmi mənbələr partlayışla bağlı hələlik şərh verməyib.

Səbəblər məlum deyil.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki