Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır

image-xevpvjgnss7mk8qijwcligihc9sgrlrswdrxsaul-1backend

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılır.

newsbaku.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

– elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

– fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

– akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 240 manat;

– akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 180 manat;

– akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 110 (yüz on) manat;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 110 (yüz on) manat;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 90 (doxsan) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

akademik göstəriciləri “3”-“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki