ABŞ-nin keçmiş prezidenti Co Bayden memuarlarına dair müəllif hüququnu 10 milyon dollar avans qarşılığında “Hachette Book Group”a satıb.
newsbaku.az-ın xəbərinə görə, bu barədə mənbələrə istinadən “Wall Street Journal” qəzeti yazıb.
Qeyd olunur ki, “Hachette Book Group” memuarları bütün dünyada yaymaq hüququnu alıb. Sövdələşmədə Baydenin maraqlarını “Creative Artists” agentliyinin təmsil etdiyi vurğulanır.
Kitabın nəşr tarixi hələ müəyyən edilməyib.
“Baydenin səhhəti çox güman ki, əlyazmanın tamamlanma vaxtını və onun reklamı ilə bağlı planları müəyyən edəcək”, – deyə nəşr yazır.
Məlumata görə, Baydenin memuarları 15 milyon dollara ABŞ-nin 42-ci prezidenti Bill Klinton, həmçinin 60 milyon dollara 44-cü prezident Barak Obama və xanımı Mişel haqqında yazılan kitablardan daha ucuz başa gəlib.
newsbaku.az