Bu gün şəhidlərin ruhu şaddır.
newsbaku.az Report-a istinadən xəbər verir.
O, doğma yurda qayıdışın sevinc hisslərini bölüşüb.
“İşğaldan azad edilən yurdumuza dönürük, şəhidlərimizin qanı ilə yoğrulan torpağımızın yaralarına məlhəm olmağa gedirik”, – o qeyd edib
X.Fətəliyev kənddən çıxanda azyaşlı olub. Hərbi xidmət zamanı isə bir neçə dəfə yaralanıb.
“Biz kənddən məcburi köçkün düşəndə mənim 6 yaşım vardı. Köçkün düşəndən sonra Yevlaxda məskunlaşdıq. Oradan 2005-ci ildə həqiqi hərbi xidmətə yola düşdüm. Naxçıvanda hərbi xidmətdə olarkən 2006-cı ildə ayağımdan yaralandım. Sonra müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidməti davam etdirmişəm. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə uğrunda savaşda sol böyrümdən yaralandım. Buna baxmayaraq, yenə də xidmətimi davam etdirdim. 2018-ci ildə hərbi xidmətə Ağcabədi istiqamətində davam edərkən minaya düşdüm, bir müddət sonra ayağımdan güllə yarası da aldım. Amma xidməti davam etdirməkdən çəkinmədim. 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə isə gözümü itirdim”, – o vurğulayıb.
Kənd sakini əlavə edib ki, bu gün şəhid olan silahdaşlarının da ruhu şaddır: “Çünki onların zəhməti hədər getmədi. Uğrunda qan tökdükləri torpaqlarda indi gül-çiçək bitir”.
Qeyd edək ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
newsbaku.az