Somali nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin səviyyəsini daha da gücləndirəcək.
newsbaku.az xəbər verir ki, bu barədə Somali xarici işlər naziri Abdisalam Abdi Ali Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, ölkəsi somalili tələbələrin təhsil alması üçün yaradılmış imkana görə Azərbaycana minnətdardır.
“Bu gün həmkarım Ceyhun Bayramovla Bakıda çox məhsuldar danışıqlar apardıq. Nümayəndə heyətimizin Azərbaycana səfəri ölkələrimiz arasında inkişaf edən münasibətlərə daha böyük təkan verəcək. Ölkənizdə göstərilən qəbula görə təşəkkürümü bildirmək istərdim. Həmçinin tələbələrimizə burada təhsil almaq imkanı yaratdığınız üçün təşəkkür edirəm. Enerji sahəsində bəzi problemlərimiz var və ümid edirik ki, tələbələrimizin Azərbaycanda əldə etdiyi təcrübə Somaliyə böyük fayda gətirəcək”, – Somali XİN başçısı bildirib.
newsbaku.az