SOCAR Ustyurt regionunda geoloji kəşfiyyat və karbohidrogen hasilatına dair saziş imzalayıb

image-fewxle8soko98mmf416idi1nimpnw3opvbgjqv37_1200backend

24 iyul 2025-ci il tarixində Daşkənddə SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov arasında görüş keçirilib.

newsbaku.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Bu xüsusda, “Ustyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişin imzalanmasının əhəmiyyəti qeyd edilib. Şirkətlər arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Ustyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Saziş müddətinin ilkin mərhələsində perspektivli sahələrin təyin olunması məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator olaraq fəaliyyət göstərəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq 5 il müddətində yekunlaşdırılması planlaşdırılır.

Sazişin imzalanması enerji sahəsində strateji əməkdaşlıq üçün yeni imkanlar açır və hər iki tərəf üçün fayda gətirəcək.

image-magisc3qiwwova7bcfifcldhvfgu4eq1paj8sn23_640 image-g8p1epzpcp0gc2lv4easx6dhu8yyu0mrnttol8hh_640 image-yvjvxchcqwgh0nh1od8jhe8fuykwnnkkvibxffyj_640 image-866zgdwtxrbvvglsaaxsd8rjxm7mejrrixey3ria_640 image-tymivr5hyxgrcqatx247lokmvffdjphwoomqomvl_640 image-q70axozgucz0eiywttdjs3ukxcaaeafyb9todkv4_640

newsbaku.az

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki