Mikayıl Cabbarov Anna Bordonla görüşüb

image-nixzob0vi2q4krdq5n7icv8auxjm5dj4tm73l0kv_1200backend

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonla görüşüb.

newsbaku.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “X” hesabında məlumat paylaşıb.

“Ölkəmizdə dayanıqlı İqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonla görüşümüzdə fondla əməkdaşlığın inkişafını məmnunluqla vurğuladıq. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin mikroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və vergi islahatları ilə bağlı müzakirələr apardıq”.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki