Gəncədə yeniyetmə qız dördüncü mərtəbədən yıxılıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü A.P. binanın dördüncü mərtəbəsindən yıxılıb.
O, xəstəxanaya aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az