Tramp Çin səfərinə dəvət aldığını açıqladı: “Mən heç nə axtarmıram”

image-trump_111919gettybackend

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə tezliklə görüşmək üçün fürsət axtarmadığını, lakin artıq Çini ziyarət etmək üçün dəvət aldığını bəyan edib.

newsbaku.az-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında yazıb.

“Yalançı media mənim Si Cinpinlə sammit keçirmək üçün fürsət axtardığımı bildirir. Bu həqiqətə uyğun deyil, mən heç nə axtarmıram”, – deyə o vurğulayıb.

ABŞ lideri Çinə getmək üçün şərti olduğunu açıqlayıb.

“Mən Çinə gedə bilərəm, lakin yalnız Sədr Si Cinpinin dəvəti ilə, hansı ki, artıq göndərilib. Əks halda, mən bunda maraqlı deyiləm”, – deyə Tramp əlavə edib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki