ÜST-dən xəbərdarlıq: Təhlükəli çikunqunya virusu 119 ölkə sakinlərini təhdid edir

image-6538f6eb61ea46538f6eb61ea516982320436538f6eb61ea16538f6eb61ea2backend

Hind okeanı adalarında tüğyan edən çikunqunya virusunun artıq Fransa və İtaliyada da yoluxma halları qeydə alınıb.

newsbaku.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, sözügedən virus sürətlə bütün dünyada yayılır və milyardlarla insanın sağlamlığını təhdid edir.

“Avropada Hind okeanı adalarındakı epidemiya ilə əlaqəli idxal olunmuş yoluxma halları qeydə alınmağa davam edir. Fransada virusun yerli ötürülməsi barədə məlumat verilib, İtaliyada isə şübhəli epizodlar aşkar edilib”, – deyə təşkilatdan bildirilib.

ÜST hazırda virusun Hind okeanında yayılmağa davam etdiyini, kiçik adalarda və Madaqaskar, Somali və Keniya kimi regionun digər ölkələrində daha çox insanı əhatə etdiyini bildirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki