Polşanın xəritəsi yeniləndi: Ölkə son bir ildə 68 hektar ərazisini itirib

image-poland_mapbackend

Polşanın ərazisi 2024-cü illə müqayisədə 68 hektar azalıb.

newsbaku.az xəbər verir ki, bu barədə Gazeta.pl portalı respublikanın Baş Statistika İdarəsinə (BSİ) istinadən məlumat yayıb.

Qeyd edilir ki, BSİ mütəxəssisləri 11 voyevodalığın sərhədlərini yenidən nəzərdən keçirdikdən sonra bu barədə bəyan ediblər.

Ən böyük dəyişikliklər Qərbi Pomeraniya voyevodalığında baş verib – bu regionun ərazisi 35 hektar azalıb.

Sərhədin dəqiqləşdirilməsi Baltik dənizi boyunca yerləşən sahil zonalarında həyata keçirilib. Bu dəyişikliklər Polşanın ərazi sularının əsas xəttinin yenidən müəyyən olunması ilə bağlıdır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki