Yaponiyanın Baş naziri Siqeru İsiba parlamentin yuxarı palatasına seçkidə onun Liberal Demokrat Partiyasının (LDP) uğursuzluğundan sonra tezliklə istefa verəcəyi ilə bağlı bir sıra Yaponiya və xarici KİV-in məlumatlarını təkzib edib.
newsbaku.az bu barədə TASS agentliyinə istinadən məlumat verir.
“Keçmiş baş nazirlərlə görüşdə mənim vəzifəmdə qalıb-qalmamağım və ya istefa verməyim barədə söhbət olmayıb. Bəzi KİV bu barədə məlumat yayıblar, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu məlumatlar həqiqətə uyğun deyil”, – deyə Siqeru İsiba qeyd edib.
Xatırladaq ki, Yaponiya baş nazirinin rəhbərlik etdiyi LDP parlamentin Yuxarı Palatasına seçkidə məğlub olub. Bundan sonra S.İsibanın ciddi təzyiqlərlə üz-üzə qaldığı və avqustda istefa verəcəyi barədə məlumatlar yayılıb.
newsbaku.az