ANAMA-nın əməkdaşı qəzaya düşdü

image-anamabackend

Ağdamda Minatəmizləmə Agentliyinin əməkdaşı qəzaya düşüb.

newsbaku.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü Rəsad Əli oğlu Əliyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil nasazlıq səbəbindən aşıb.

Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki