“Qalatasaray” Osimhenin transferi üçün “Napoli” ilə danışıqları yekunlaşdırdı

image-osmbackend

“Qalatasaray”la “Napoli” arasında Osimhen barədə danışıqlarda təəccüblü hadisələr yaşanıb.

newsbaku.az “NtvSpor”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın “Napoli”nin yeni şərtlərini rədd etdiyi və şərtlər dəyişmədikcə danışıqları davam etdirməyəcəkləri bildirilib.

“Napoli”nin “Qalatasaray”dan 40 milyon avro ilkin ödəniş və 2026-cı ilə qədər 35 milyon avro tələbi danışıqların başa çatmasına səbəb olub. İtaliya klubu bu şərtlərdən əlavə olaraq sonrakı satışdan pay da tələb edib.

“Qalatasaray” isə “Napoli”nin tələblərini rədd edib. “Sarı-qırmızılar” 2027-ci ilə qədər 35 milyon avro ödəmək və sonrakı satışdan pay verməkdən imtina ediblər.

“Napoli”nin bu şərtlərdən əl çəkmədiyi təqdirdə “Qalatasaray”ın yeni təkliflə çıxış etməyəcəyi və danışıqlar masasına oturmayacağı bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki