Autizm Nədir?

image-whatsapp-image-2025-08-13-at-14-26-06backend

Autizm- bir çoxlarının “xəstəlik” adlandırdığı əslində isə bir fərqində olmadığımız bir fərqindəlikdir. Bəzən dünyanı fərqli görmək bir zəiflik deyil, əksinə, unikal bir gücdür. Autizmli uşaqların və böyüklərin hekayələri isə bu fərqli baxışın dəyərini bir daha göstərir.
Bu barədə newsbaku.az-a açıqlama verən Ailə və Uşaq psixoloqu – Aynur İsmayılova:

image-whatsapp-image-2025-08-13-at-14-08-43
“Autizm-ünsiyyətdə, danışıqda, davranış və hərəkətlərdə fərqlilik deməkdir.

Autizm tam sağalmayan, amma korreksiya edildiyi zaman ətraf mühitə uyğunlaşdırılan bilən sosial bir şəxsiyyətə çevrilməsi mümkün olan sindromdur.

Autizm hər zaman olub, demək olar ki keçən əsrin və yaxud indiki əsrimizin bilinən və ya bilinməyən faktorlarından yaranır. Əsas faktor genetikaya dayanır. Eyni zamanda, beyinin fərqli inkişaf sahələrinin burada reallıqları var. Çünki beynin bir tərəfi daha aktiv digər tərəfləri passiv işləyir. Autizm periontal – ananın doğuşdan öncə hamiləlik dövründə müxtəlif infeksional xəstəliklər keçirməsi, stres və ya əsəb pozuntusundan irəli gələ bilər. Bununla yanaşı, ekologiyanın çirklənməsi, ağır metalların təsiri nəticəsində autizm sindromlu uşaqlar doğula bilirlər.

İlkin əlamətlər 3 yaşa qədər müəyyən etmək olar. Ümumi götürsək, göz kontaktı qurmurlar, adı ilə səsləndikdə reaksiya vermirlər, empatiya hissləri çox aşağı olur. Başqalarının hiss və düşüncələri onlara maraqlı deyil. Sosial deyil asosial insanlardırlar.
Autizm olan uşaqlarda yerli-yersiz əl çalmaq, fırlana bilən əşyalara yorulmadan baxmaq, dostluq əlaqələri və yaxud oyun oynayarkən əlaqəyə girmək kimi davranışlar bu tip uşaqlara xas deyil.

Nəzərə alınmalıdır ki, korreksiya edilməldikcə daha ağır formaya keçid edə bilirlər. 11 ay, 1 yaşına qədər uşaqda ekolaliya-bir sözü təkrar-təkrar deyirsə, gec danışırsa, göz kontaktı qurmursa, mimika və emosiyalardan istifadə etmirsə şübhələnmək, nəzarət etmək lazımdır. Erkən dövrlərdən bu halları müşahidə etsək, zamanında autizmi korreksiya edərək sosiallığa öyrətmək olar. Lakin ağır formada artıq heçnə etmək olmur, artıq onlar asosial şəxsiyyətlərə çevrilirlər.

Əsas əlamətlər:

1 yaşına qədər göz kontaktı qurmamaq;
hansısa əşyanı gözünün önünə tutduqda baxmamaq;
2 yaşına keçib amma cümlə və ya 2-3 hecalı sözlər işlətməmək;
uşaqlarla oynamaqdan çəkinmək;
daim yerində dövr edən əşyalara zövqlə baxmaqdır.

Vurğulanmalıdır ki, autizmli uşaq 1 yaşından sonra mütləq 2-6 yaş arası psixoloji, psixiatrik korreksiya, müalicə terapiyaları almalırdır ki, gələcəkdə valideyn onu qismən cəmiyyət alışdıra, özünə məxsus ehtiyacı ola bilən davranışlarla tələbatlarını təmin edə bilsin”,- deyə psixoloq bildirdi.

 

Təkcə autizm deyil, bütün xəstəliklər erkən yaşlardan müşahidə edilib, zamanında müalicə edilərsə sağlam cəmiyyətimiz yetişər.

Nuranə Məmmədova
newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki