Fast Food: Zamanın Tələbi, Bədənin Təhlükəsi

image-whatsapp-sekil-2025-08-12-saat-20-05-39_306dc8e4backend

Fast food-tez hazırlanan və tez təqdim olunan yemək növüdür. Bu qidalar müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilib. Adətən restoran, kafe və ya büfələrdə satılır və ayaqüstü yemək kimi də tanınır. Ən məşhur nümunələri hamburger, kartof qızartması, hot-doq, pizza, şaurma, qazlı içkilər və desertlərdir.

Yuxarıda sadalanan qidalar tez hazırlanır və vaxt qənaəti yaradır, həmçinin gənclər arasında sosial mühit yaradır. Xüsusilə qeyd olunmalıdır ki, böyük şəhərlərdə yaşayan insanlar üçün sürətli və ucuz qida alternativi kimi populyarlıq qazanılıb. Lakin bu rahatlığın arxasında ciddi sağlamlıq və sosial problemlər gizlənir. Səhhətimizdə piylənmə və artıq çəki artıra bilər ki, bir porsiyası 1000+ kaloridir. Bununla yanaşı, ürək-damar xəstəlikləri, qaraciyər və endokrin sistem pozğunluqları, psixoloji təsirlər, asılılıq yaratmaq kimi mənfi cəhətləri var.

Qeyd olunmalıdır ki, fast food-un sosial və ekoloji təsirləridə var. Buna qablaşdırma tullantıları, qida bərabərsizliyi, ənənəvi mətbəxin arxa plana keçməsi daxildir. Məsələn, sağlam qidalanma vərdişləri azalır onun yerinə fast food keçir.

Nəticə etibarilə fast food müasir həyatın sürətinə uyğunlaşan bir qida forması olsa da, onun sağlamlığa və cəmiyyətə təsiri nəzərə alınmalıdır. Ayda bir dəfə fast food yemək zərərli olmaya bilər, lakin müntəzəm istehlak ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən balanslı və şüurlu qidalanma vərdişləri formalaşdırmaq zəruridir.

Nuranə Məmmədova

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki