Avropa müharibəyə hazırlaşır? – Müdafiə zavodlarının sahəsi rekord sürətlə artır

image-1740723546_660bfc0738cd9660bfc0738cda1712061447660bfc0738cd7660bfc0738cd8-1backend

“Avropada müdafiə sənayesi müəssisələrinin sahəsi əvvəlkindən üç dəfə sürətli templə böyüyür. Avropa İttifaqı (Aİ) hərbi istehsal gücünü genişləndirməklə faktiki olaraq müharibəyə hazırlaşır”.

newsbaku.az xəbər verir ki, bunu “Financial Times” peyk görüntülərinə istinadən yazır.

Nəşr 37 şirkətə məxsus 150 hərbi müəssisə barədə məlumatı təhlil edib.

Hazırda müdafiə zavodlarının ümumi sahəsi yeddi milyon kvadratmetrdən artıqdır. 2024-25-ci illərdə bu göstərici 2.8 milyon kvadratmetr artıb. Müqayisə üçün, 2020-21-ci illərdə artım cəmi 790 min kvadratmetr təşkil etmişdi.

Ən sürətli genişlənmə göstərən müəssisələrdən biri Macarıstanın Varpalota şəhərində yerləşən sursat və partlayıcı istehsalı zavodudur. Bu müəssisə Almaniyanın “Rheinmetall” şirkəti ilə Macarıstanın dövlət müdafiə şirkəti “N7 Holding”ə məxsusdur.

Jurnalistlər hesab edirlər ki, Avropa siyasətçiləri müdafiə potensialını artırmağa məcburdurlar. Bunun əsas səbəbləri Ukraynaya hərbi yardımı davam etdirmək istəyi və ABŞ-nin Avropa müdafiəsindəki rolunun zəifləməsi ehtimalıdır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki