Şəkidə ölümlə nəticələnən avtoqəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI

image-red-emergency-stop-sign-red-triangle-warning-sign-and-broken-car-on-a-roadbackend

İyulun 14-də saat 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər (kişi cinsli) hospitalizasiya olunub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

“Hospitalizasiya olunan şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Bir nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki