“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak şansı artır

image-1200-1backend

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan komandaların əsas mərhələyə vəsiqə qazanma ehtimalları yenidən açıqlanıb.

newsbaku.az xəbər verir ki, “Football Meets Data” tərəfindən aparılan araşdırmada 10 komanda diqqətə alınıb və siyahıya Azərbaycan təmsilçisi “Qarabağ” da daxil edilib.

Ağdam klubunun Avropanın ən nüfuzlu klub turnirində əsas mərhələyə adlama ehtimalı 50 faizə qədər yüksəlib. Daha öncə komandanın bu ehtimalı 50 faizin altında idi. Bu gün III təsnifat mərhələsinin cavab oyununda Bakıda “Şkendiya” komandası ilə qarşılaşacaq “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Təsnifat mərhələsinin növbəti pley-off raundunda isə bu cütün qalibi Bolqarıstan təmsilçisi “Ludoqorets” ilə Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək görüşün güclüsü ilə üz-üzə gələcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki