“Qalatasaray”ın istədiyi ulduz qolkiper “Fənərbağça”nın təklifini qəbul etdi

image-gettyimages-1458571971backend

“Fənərbağça” klubu “Mançester Siti”nin futbolçusu Edersonu transfer edir.

newsbaku.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, “sarı-lacivərdlər” həm oyunçunun özü ilə, həm də klubu ilə bütün məsələlərdə razılığa gəliblər.

Edersonla “Qalatasaray” da yaxından maraqlanırdı. Lakin “sarı-qırmızılar” onun üçün maksimum 10 milyon avro ödəməyə hazır olublar. “Fənərbağça” isə bu keçidi 13-14 milyon avroya reallaşdırıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki