“Qarabağ”ın sosial şəbəkə hesablarında anons etdiyi 12-ci oyunçu klubun maskotu olacaq.
newsbaku.az xəbər verir ki, klub maskotunu “Şelburn”la matçda azarkeşlərə təqdim edəcək.
Vizual görünüşü təqdim edilməyən maskot isə at olacaq.
Xatırladaq ki, bu Azərbaycan futbolu tarixində ilk olacaq. Belə ki, indiyədək heç bir Azərbaycan klubunun rəsmi masklotu olmayıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında İrlandiyanın “Şelburn” klubu ilə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
newsbaku.az