Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi iyunun 29-u saat 00:25-də Sahil küçəsində qeydə alınıb.
“Restoranlardan birindən çıxan “Lexus” markalı 90-SS-344 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İlqar İbrahim oğlu Quliyev Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun idarə etdiyi “KIA Optima” markalı 99-UJ-848 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “KIA Optima”nın sərnişini Günel Bəylər qızı Hüseynova aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib, sürücü Əlfəddin Əbdülhəsənov isə yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
newsbaku.az