Mett Braun UFC-dən uzaqlaşdırıldı

image-idmanbackend

Amerikalı döyüşçü Mett Braun UFC-dən uzaqlaşdırılıb.

newsbaku.az xəbər verir ki, iştirakçıların siyahısında “təmizləmə işləri” aparan yarışın təşkilatçıları 44 yaşlı idmançı ilə yolları ayırıblar.

M.Braun 2008-ci ildən UFC-də mübarizə aparırdı. Onun liqada 17 qələbəsi və 13 məğlubiyyəti var idi.

Qeyd edək ki, M.Braun son vaxtlarda UFC-ni tərk edən yeganə idmançı deyil. Daha əvvəl britaniyalı Cordan Vuçeniç, amerikalı Trevin Gils, braziliyalı Vivian Arauxo və konqolu Ance Luza da UFC-dən uzaqlaşdırılıblar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki