Fransanın Seine-Maritime bölgəsində may ayından etibarən bir neçə ata hücum edilib. Atlar əsasən göz və ayaqlarından xəsarət alıb, üçü isə vəhşicəsinə öldürülüb. Hadisələr heyvan sahibləri və ictimaiyyət arasında böyük narahatlıq yaradıb.
“Sahiblər 2020-ci ildə, atçılıq dünyasını şoka salan bir sıra yaralanmaların baş verdiyi dövrdə yaşadıqlarını yenidən yaşamaq istəmirlər,” – deyə bölgədə istintaqa rəhbərlik edən jandarma kapitanı David Demarly bildirib.
Baş verənlərdən sonra Daxili İşlər Nazirliyi xüsusi polis bölməsi yaradıb. Hücumların insan əli ilə törədildiyi ehtimal edilir. Hazırda genişmiqyaslı istintaq aparılır, at sahiblərinə isə maksimum ehtiyatlı olmaq tövsiyə edilir.
Jalə Quliyeva
newsbaku.az