“Qarabağ” heyətini dəyəri beş milyon avro olan futbolçu ilə gücləndirmək istəyir

image-wlulzo4euzehjl1762yd4bdx7sm1t6jch472uzom_1200backend

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq “Qarabağ” klubu hücum xəttini Çerif Ndiaye ilə gücləndirə bilər.

newsbaku.az Azerisport.com-a istinadən xəbər verir ki, “atlılar”ın transfer siyahısında yer alan hücumçunun 29 yaşı var.

Əslən seneqallı olan forvard hazırda 2026/27 mövsümünün sonuna kimi müqaviləsi olan Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir.

Ndiaye 2023-cü ildən Belqrad klubunda çıxış edir və bundan əvvəl Türkiyənin “Adana Demirspor” və “Göztepe”, Xorvatiyanın “Qoritsa” kimi komandalarında çıxış edib. Forvardın transfer dəyəri beş milyon avrodur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki