Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə aparılacaq

image-ixtisasbackend
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.
newsbaku.az Demokrat.az-a istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftə ərzində dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki