Ermənistanda saxlanılan rusiyalı iş adamı Karapetyan hakimiyyətə qarşı məhkəmə işində qalib gəlib

image-s-kbackend

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyan və ailəsi Ermənistan Respublikası hökumətinə qarşı başlatdıqları təcili arbitraj işində qalib gəliblər.

newsbaku.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, Karapetyan ailəsi Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda (Stokholm TPI) Ermənistan Respublikası Hökuməti ilə Kipr Respublikası Hökuməti arasında 18 yanvar 1995-ci ildə imzalanmış İnvestisiyaların təşviqi və qorunması haqqında Sazişdə müəyyən edilmiş qaydada arbitraj işi başladıb. İşin baxılmasında Ermənistan Respublikası Hökumətinin nümayəndəsi də iştirak edib.

22 iyul 2025-ci ildə Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili məhkəmə iclası Ermənistan Respublikasına son qəbul edilmiş “Energetika haqqında” və “İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında” qanunlarının müddəalarını “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) tətbiq etməkdən, həmçinin həmin QSC-nin müsadirəsi üzrə növbəti addımlardan çəkinmək barədə göstəriş verib.

Arbitraj belə qənaətə gəlib ki, təcili müdafiə tədbirlərinin tətbiqi zəruridir: çünki Ermənistan Respublikasının hərəkətləri “Ermənistan və Kipr arasında qüvvədə olan investisiyaların qarşılıqlı qorunması haqqında sazişə riayət edilməsi ilə bağlı ciddi şübhələr doğurur”.

Arbitraj, həmçinin qeyd edib ki, təcili müdafiə tədbirləri tətbiq olunmadığı təqdirdə iddiaçılar şirkət üzərində nəzarəti itirsələr və ya daha da pisi, onun sahibləri olmaqdan çıxsalar, dəymiş ziyana görə tam kompensasiya əldə etmələri çətin olacaq.

Fövqəladə arbitrajın qərarı Ermənistan Respublikası hökuməti tərəfindən məcburi qaydada icra olunmalıdır.

Xatırladaq ki, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə – hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsində ittiham olunub və iyunun 18-də iki ay müddətinə həbs edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki