Neymar: “Biz söyülməyə layiqik”

image-1200-1backend

“Santos”un kapitanı Neymar Braziliya çempionatının 20-ci turu çərçivəsində böyük hesabla məğlub olduqları “Vasko da Qama” ilə matçdan (0:6) sonra yaşananlara görə utandığını etiraf edib.

newsbaku.az xəbər verir ki, ulduz futbolçu “Daily Mail”ə açıqlamasında azarkeşlərin onları təhqir etmələrinə belə haqq verdiyini bildirib.

“Mən utanıram. Performansımızdan tamamilə məyus oldum. Azarkeşlərin qəzəblənməyə haqları var. Onların bizi söyməyə, təhqir etməyə tam haqları çatır. Biz buna layiqik. Həqiqətən çox utanıram. Həyatımda heç vaxt belə bir şey hiss etməmişəm”, – deyə o qeyd edib.

Neymar göz yaşlarına hakim ola bilməməsinin də səbəbini açıqlayıb:

“Göz yaşları qəzəbdən, hər şeydən idi. Təəssüf ki, mən hər şeyə kömək edə bilmirəm. Hər halda, bu, tam zibildir. Reallıq budur”.

Qeyd edək ki, 33 yaşlı forvard 11 il yarımdan sonra qayıtdığı San-Paulu təmsilçisində ümumilikdə 250-ci oyununu keçirib. Neymar karyerasında ilk dəfə belə acı məğlubiyyət yaşayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki