Braziliyanın “Santos” klubu baş məşqçisi Kleber Xavyerlə yollarını ayırıb.
newsbaku.az xəbər verir ki, bunu komandanın mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Braziliya A seriyasının XX turunda evdə “Vasko da Qama”ya 0:6 hesablı uduzan “Santos”un 61 yaşlı məşqçisi istefaya göndərilib. Neymarın da çıxış etdiyi “Santos” 19 oyundan sonra (ehtiyatda bir matçları var) turnir cədvəlində 21 xalla 15-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, K.Xavyer bu ilin aprelin 29-da komandanın baş məşqçisi təyin olunmuşdu.
newsbaku.az