Rusiya və Azərbaycan yanacaq-energetika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

image-azerbaycan_rusiya_11backend

Rusiya və Azərbaycan arasında digər sahələrlə yanaşı, yanacaq-energetika sektorunda, xüsusilə elektrik enerjisi və neft-qaz sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

newsbaku.az TASS-a istinadən xəbər verir ki, Rusiya Energetika Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 23-cü iclasında bu mövzular gündəmə gətirilib.

“Danışıqlar zamanı yanacaq-energetika sektorunda, xüsusilə elektrik enerjisi və neft-qaz sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub”, – Rusiya Energetika Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya və Azərbaycan şirkətləri enerji sistemlərinin sinxron işləməsini təmin etmək üçün planlı iş aparırlar.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki