Trampdan Putin-Zelenski görüşü barədə ŞOK ETİRAF

image-1728885432_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Putin və Zelenski arasında mümkün görüş istənilən nəticəni verməyə bilər.

newsbaku.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bildirib.

ABŞ lideri sözügedən görüşdə iştirakının mümkün olduğunu da qeyd edib.

Tramp vurğulayıb ki, o, iki həftə ərzində Ukrayna ətrafında hadisələrin hansı istiqamətdə inkişaf etdiyini müəyyən etmək istəyir.

ABŞ prezidenti əlavə edib ki, Ukrayna üzrə sülh danışıqlarının ləngiməsinə kimin cavabdeh olacağına dair məhz 14 gün ərzində qərar verəcək.

O həmçinin bildirib ki, Ukrayna məsələsindəki dinamikadan asılı olaraq, ABŞ sanksiyalara, tariflərə əl ata və ya danışıqlar prosesindən geri çəkilə bilər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki