ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçiriləcəyini açıqlayıb.
newsbaku.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bildirib.
“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək”, – Tramp qeyd edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.
newsbaku.az