Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb.
Nüsrət Sabir oğlu Məmmədov idarə etdiyi VAZ-2106 avtomobili ilə Qovlar-Əyyublu yolunda hərəkətdə olarkən piyada Məhərrəm Həbib oğlu Abbasovu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
newsbaku.az