Astarada 47 yaşlı qadın QƏTLƏ YETİRİLDİ: Oğlu şübhəli bilinir

image-edtbackend

Astara rayonunda qətl hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

İlkin məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki