Rusiyada barıt zavodunda partlayış nəticəsində ölənlərin sayı artıb

image-d0rtfwtxcaeokigbackend

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı barıt zavodunda baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 23-ə çatıb.

newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Xilasedicilər daha iki ölən şəxsin cəsədini dağıntılar altından çıxarıblar. Zərərçəkənlərdən biri xəstəxanada həyatını itirib. Ölənlərin ümumi sayı 23 nəfərə çatıb”, – deyə məlumatda bildirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki