Bakıda qadın ərini kabellə döyüb, başına tava çırpdı

image-668dad670e06c668dad670e06d1720560999668dad670e06a668dad670e06bbackend

Bakıda qadın ərini döyüb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini Müşfiq Məmmədov (soyadı şərtidir) 2021-ci ildə Aysel adlı xanımla ailə qurub və birgə nikahdan bir övladları dünyaya gəlib. Ailə bir müddət mehriban olsa da, sonradan evdə söz-söhbətlər başlayıb.

Bir neçə gün öncə Müşfiq gecə saat 3-də evə gəlib yatıb, səhər yuxudan durarkən uşağına verilməli olan dərmanın yerini soruşub. Aysel isə dərmanın yerini bilmədiyini deyib. Müşfiq dərmanı evin həyətindən tapıb və məlum olub ki, həmin dərmanı Aysel həyətə atıb. Bunun üstündə ər və arvad arasında mübahisə başlayıb. Mübahisə nəticəsində Aysel evdə olan telefon kabelini götürərək Müşfiqi döyməyə başlayıb. Bununla ürəyi soyumayan Aysel mətbəxdəki tavanı götürərək onun başına zərbələr endirib.

Müşfiqin müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

İş Sabunçu Rayon Məhkəməsinə göndərilsə də, ər-arvad barışmayıb. Məhkəmənin hökmü ilə Aysel 100 manat cərimə olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki