Xersonun atəşə tutulması nəticəsində bir nəfər həlak olub, 20-dən çox yaralı var

image-gyn4kbjxgaawgj2backend

Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

newsbaku.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Yaralılar arasında üç polis əməkdaşı və bir tibb işçisinin olduğu bildirilir.

“Hücum nəticəsində 61 yaşlı kişi həlak olub. 18-77 yaş arası doqquz nəfər yaralanıb. Həmçinin 23 yaşlı iki polis əməkdaşı da xəsarət alıb. 8 çoxmənzilli ev və iki avtomobil zədələnib”, – məlumatda qeyd olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki