Özünəinamın gücü

image-whatsapp-image-2025-08-22-at-15-58-03backend

Ətrafımıza nəzər salsaq görərik ki, dahi alimlər, görkəmli şəxslər, mütəfəkkirlər öz sahələrində uğuru ilk növbədə özünəinamda qazanıb. Türklərin məşhur bir sözü var:

“İnam başarının yarısıdır”.

Psixoloqlarda təsdiqləyirlər ki, özünəinamı güclü olan insan məqsədlərinə  asanlıqla çatır.

Bu barədə newsbaku.az-a açıqlama verən psixoloq Fəridə Musəvi:

“İlk öncə vurğulamalıyam ki, özünəinamın kökü ailədən gəlir. Uşaqlıqda “sən bacarmazsan”, “sən sus”, “ayıpdır” kimi yanaşmaları bizdə basdırılmış duyğu, sevgi azlığı formalaşdırır. Bu da zaman keçdikcə həyatda bizim mövqeyimizdə bizə təsir edir. Vaxt keçir, müəyyən yaşa gəldikdə artıq öz işimizi görə bilmirik, artıq gücümüzə inanmırıq, “mən bunu edə bilmərəm”, “mən bacarmaram” kimi fikirlər artıq bizi bloklayır.

Valideynlərin uşaq ikən başqa uşaqları tez-tez misal çəkməsi, “fərsiz”, “bacarıqsız” kimi ifadələri öz uşaqlarına ünvanlaması gələcəkdə özgüvənsiz şəxsiyyət kimi yetişməsinə gətirib çıxarır.

İnsanların özgüvənli olması üçün ilk öncə mütləq şəkildə travmalarını şəfalandırmalıdırlar.  O kodları şüuraltından silməlidirlər. Çünki bu kodlamaları silməli yeni kodlamalar etməlidirlər. Öz güclərinin fərqində olmalıdırlar. Fərqində olmalıdırlar ki, bu həyatda onlardan güclü heç kim yoxdur. Bəlkə də zamanında nümunə çəkilən şəxslər onların etdiklərini edə bilməzlər”, – belə qeyd edib.

 

Nuranə Məmmədova 

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki