Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsini neft kəmərinə hücumda ittiham edən macar həmkarı Peter Siyartonun bəyanatına cavab verib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə Sibiqa “X” sosial şəbəkəsində yazıb.
Avqustun 18-də səhər saatlarında Siyarto bildirib ki, Ukrayna yenidən Macarıstana gedən neft kəmərinə hücum edib və bu, ölkəyə neft nəqlinin dayandırılmasına səbəb olub. O, həmçinin ukraynalı siyasətçilərə Ukraynanın enerji təchizatında Macarıstandan gələn elektrik enerjisinin əsas rol oynadığını xatırladıb.
“Peter, bu müharibəni başlayan və onu bitirməkdən imtina edən Ukrayna deyil, Rusiyadır. İndi siz şikayət və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz”, – deyə ukraynalı diplomat ona cavab verib.
newsbaku.az