Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
newsbaku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZel” və “KamAZ” markalı iki yük avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan şəxs çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
newsbaku.az