Lənkəranda qadının üzərinə beton hasar aşdı

image-babackend

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

newsbaku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş – 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki