Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik təyinatı və reabilitasiya xidmətlərində yeniliklər tətbiq olunub – Tural Qurbanovdan açıqlama

image-f152cb4b-4a47-4590-9856-be63a4ae60aabackend

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov newsbaku.az-a müsahibəsində əlillik təyinatı, tibbi və psixoloji reabilitasiya, Qarabağ döyüşləri iştirakçılarına göstərilən xüsusi xidmətlər və bu sahədəki yeniliklər barədə ətraflı məlumat verib. 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

— Əlillik təyinatı hansı meyarlar əsasında aparılır?

— Əlilliyin qiymətləndirilməsi 2022-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmişƏlilliyin müəyyən olunması meyarları”-na əsasən aparılır. Yeni meyarlara əsasən, əlilliyin ənənəvi üç dərəcəsi əvəzinə, həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinə əsaslanan qiymətləndirilmə mexanizmi tətbiq edilir. I, II III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz 31-60 faiz aralıqları müəyyən edilir. Yeni meyarlara əsasən daha əvvəl əlillik təyinatına əsas verməyən bir çox diaqnozlar üzrə artıq şəxslərə əlillik müəyyən etmək mümkün olmaqla, eləcə bir çox xəstəliklər üzrə əlillik əvvəllər hansısa müddətə təyin olunurdusa, artıq müddətsiz (ömürlük) təyin olunur. Köhnə meyarların sayı 128 idisə, yeni meyarlarda bu say 634-ə çatdırılmışdır.

Əlilliyi olan şəxslərin tibbi sosial reabilitasiyası üçün hansı proqramlar mövcuddur?

— Agentliyin mühüm fəaliyyət istiqamətlərindən biri əlilliyi olan şəxslərə göstərilən tibbi sosial-psixoloji reabilitasiya yolu ilə onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. Bunlar ambulator, stasionar, onlayn, icma əsaslı, səyyar xidmət sosialpsixoloji dəstək layihələridir.

Agentliyin reabilitasiya mərkəzlərində bərpa müalicəsi kursunda olan əlilliyi olan şəxslər üçün ippoterapiya (atlar ilə terapiya) tədbirləri həyata keçirilir. Bu xidmət sübutlarla əsaslanan təbabətdə effektivliyini sübut etmiş inkişaf etmiş ölkələrdə çox geniş istifadə olunur.

İppoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edir. Eyni zamanda, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji fizioterapevtik reabilitasiyasında atlarla terapiyanın təsiri böyükdür.

Dünyada geniş tətbiq olunan DanceAbility (rəqs) metodlarının Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinin tabeliyindəki Reabilitasiya müəssisələrində həyata keçirilməsinə 2022-ci ildə başlanılmışdır. Xidmətin tətbiqi ilə vətəndaşlara özünü olduğu kimi qəbul etmək, həyatla öz-özü ilə barışıqlıq içində olmağa şərait yaradılır. Psixoloji, fiziki sosial maneələrin aradan qaldırılması əlilliyi olan olmayan insanların rəqs hərəkət vasitəsilə birləşdirməsinə (inklüzivlik) nail olunur.
Əlavə olaraq, mərkəzlərdə yoqa xidmətləri həyata keçiirlir. Bu reabilitasiya xidmətinin aşağıdakı faydaları var:

• Narahatlığın qorxuların azalması, ümumi rifahın yaxşılaşdırılması;

Onurğanın vəziyyətinin qamətin yaxşılaşdırılması. Sıxılmış sinir uclarının, bel boyun ağrılarının aradan qaldırılması;

Ürək-damar sisteminin işinin normallaşdırılması;

Çevikliyin elastikliyin artırılması;

İmmunitet sisteminin gücləndirilməsi əzələlərin daralmasını uzanmasını təşviq edərək limfa axınını stimullaşdırır. Nəticədə bədən hüceyrə tullantıları məhsullarından toksinlərdən xilas olur;

Psixoloji durumun yaxşılaşdırılması stressə davamlılığın artırılması.

— Bu il ərzində neçə şəxsə əlilik təyinatı aparılıb və reabilitasiya vasitəsi ilə təmin olunub?

— 2025-ci ilin yanvar-iyul ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi tərəfindən 32.606 şəxsə əlillik təyin edilib. Onlardan 14.455 ilkin, 18.151  şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya verilib. Onlardan 5 mini təkərli oturacaq (o cümlədən 45-i mühərrikli təkərli oturacaq), 1,5 mini aşağı yuxarı ətraf protezi, 3,9 mini əsa, qoltuqaltı dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 6,1 min cüt protez ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 344 korset s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 7 ayında əlilliyi olan 9,5 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Postmüharibə dövründə 494 nəfər Vətən Müharibəsi iştirakçısı 612 yüksək texnologiyalı protezlə təmin olunmuşdur.

Regionlarda reabilitasiya məntəqələrinin çatışmazlığı problemi varmı?

— Hazırda Agentliyin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzi 1 “RehaPointReabilitasiya Məntəqəsi fəaliyyət göstərir.

Bu müəssisələrdən 10-u Bakıdan kənarda, yəni, bölgələrdə fəaliyyət göstərir. Bu müəssisələr Sumqayıt RM, Naftalan RM, Şirvan RM, Şəki RM, Xaçmaz RM, Lənkəran RM, Yevlax RM, Qəbələ URM, Şəmkir URM Bərdə Rehapoint olmaqla bütün iqtisadi rayonları əhatə edir. Gələcəkdə reabilitasiya infrastrukturunun genişləndirilməsi məqsədilə DOST konsepsiyasına uyğun olaraq hər yeni açılacaq DOST mərkəzində yeni ambulator reabilitasiya məntəqələrinin qurulması planlaşdırılır.

Qarabağ döyüşləri qaziləri müharibə iştirakçıları üçün əlillik təyinatı reabilitasiya prosesində xüsusi fərqlər varmı?

— Müharibə iştirakçılarına dair qeydiyyat üzrə səhiyyə müəssisəsi tərəfindən travma ya xəstəliklə bağlı bütün sənədlər əsasında forma 88 rəsmiləşdirilərək Əlillik Altsiteminə daxil edilir. Daha sonra əlillik vəziyyətlərinin qiymətləndirilməsində operativliyin təmini obyektiv qərarların qəbul edilməsi məqsədilə həmin göndəriş əsasında Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyitərəfindən müharibə iştirakçıları əyani müayinə edilir  müayinənin nəticələrinə əsasən əlilliklə bağlı müvafiq qərar verilir.

Müharibə ilə əlaqədar müddətli müddətsiz əlilliklər Nazirlər Kabinetinin 13 may 2022-ci il  tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş  “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə uyğun olan xəstəlik, travma ya ağırlaşmalara əsasən təyin edilir.

Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyinin  əsas prioritet istiqamətlərindən birinə çevrilib. Vətən müharibəsindən sonra Agentliyin nəzdində fəaliyyət göstərən bütün reabilitasiya müəssisələri, xüsusilə, Bakı Reabilitasiya Mərkəzi bütövlükdə hərbi qulluqçuların reabilitasiyası, o cümlədən protezləşmədən öncə sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə ixtisaslaşmış müəssisəyə çevrilib. Agentlik tərəfindən indiyədək 3639 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri şəhid ailəsi üzvləri reabilitasiya sosial-psixoloji xidmətlərilə təmin edilib, həmin xidmətlər bu gün davam etdirilir.

Beynəlxalq təcrübədən hansı yeniliklərin Azərbaycanda tətbiqi planlaşdırılır?

— Agentliyin əsas prioritet istiqamətlərindən biri mütəmadi olaraq beynəlxalq təcrübənin araşdırılması, beynəlxalq praktikanın araşdırılması ən yaxşı təcrübələrin reabilitasiya sahəsində tətbiqidir ki, bu istiqamətdə genişişlər görülməkdədir. Gələcəkdə reabilitasiyanın effektivliyinin artırılması istiqamətində yeni metodikaların tətbiqi, eyni zamanda fərqli əlillik qruplarına spesifik reabilitasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki