Həbsdən çıxan şəxs keçmiş arvadını və sevgilisini bıçaqladı

image-76275354-28a6-4b58-b1e9-8dd825fd079e_640-1backend

Antalyanın Kepez rayonunda dəhşətli hadisə baş verib.

newsbaku.az  türk mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl həbsxanadan çıxan M.T. adlı şəxs, keçmiş arvadı Z.K. və onun sevgilisi U.D.-ni bıçaqlayaraq hadisə yerindən qaçıb.

Məlumata görə, Z.K. sevgilisi ilə birlikdə Mehmet Akif Ersoy məhəlləsində yaşadığı evə daxil olarkən, orada gözlənilmədən keçmiş əri ilə qarşılaşıb. Qısa müddətdə mübahisə kəskinləşib və M.T. əlindəki bıçaqla Z.K.-nı qarın nahiyəsindən, U.D.-ni isə qolundan yaralayıb.

Səs-küyə gələn qonşular qan içində qalan yaralılara ilkin tibbi yardım göstərib və dərhal təcili yardıma xəbər veriblər. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olan Z.K. dərhal əməliyyata alınıb.

Hadisə şahidlərindən Gözdə Beylik, “Qışqırıq səsləri eşitdik. Qonşumuz kömək istəyirdi. Biz də qanamanı dayandırmağa çalışdıq. Qadın qarın nahiyəsindən, kişi isə qolundan yaralanmışdı. Onlar gəlməmişdən əvvəl M.T. evə girib və hücum edib” – deyə bildirib.

Digər şahid Bülənt Özkan isə, “Pəncərədən baxanda bir nəfərin qaçdığını gördüm. Sonradan binanın qarşısına düşəndə həm qadının, həm də kişinin yaralı olduğunu gördük” sözlərini deyib.

Antalya Polis İdarəsinin Cinayət Axtarış və Kepez Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən M.T.-nin saxlanılması üçün əməliyyat tədbirlərinə başlayıblar. Hadisə yeri mütəxəssisləri evdə və ətrafda araşdırma aparır.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki