Viktor Osimhen rəsmən “Qalatasaray”a keçir

image-1200-1backend

Viktor Osimhen “Qalatasaray”la rəsmi müqavilə imzalamaq üçün İstanbula gedib.

newsbaku.az Türkiyə mediasına istinadən xəbər verir ki, şifahi razılıq əldə edildikdən sonra 24 saat ərzində klublar arasında sənəd mübadiləsi başlayacaq.

“Qalatasaray” klubu “Napoli”yə indi 40 milyon avro, bir il sonra 35 milyon avro, gələcək qazancının 10%-i və hər qol üçün əlavə bonus ödəyəcək.

Qeyd edək ki, Türkiyə nəhəngi futbolçunun müqaviləsinə iki il ərzində heç bir İtaliya klubuna satılmayacağı ilə bağlı bənd də əlavə edəcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki