Basketbol Şöhrət Zalının üzvü və Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu, amerikalı Dennis Rodman karyerasında əsas rəqibinin özü olduğunu bildirib.
newsbaku.az xəbər verir ki, bu barədə o, N3ON “YouTube” kanalına müsahibəsində deyib.
“Mənim əsas rəqibim? Dennis Rodman. NBA-ya daxil olmaq üçün özümü məğlub etməli idim. Mən yalnız özümə güvənməli idim… O günlərdə 75 min qazansam da, yayda işləməli idim. İlk üç ili mən də bir çoxları kimi yaşadım – əlavə pul qazanmalı oldum”, – Rodman bildirib.
O, yoxsulluq içində və atasız böyüyüb. Atası Dennis uşaq olanda ailəni tərk edib, anası isə uşaqları saxlamaq üçün bir neçə işdə çalışıb. Bütün çətinliklərə baxmayaraq, Rodman NBA-da əhəmiyyətli uğur qazanıb. Karyerası ərzində o, ribaundlarda ardıcıl yeddi dəfə liqaya başçılıq edib və iki dəfə liqanın ən yaxşı müdafiə oyunçusu seçilib.
newsbaku.az